Xəzər Xəbər

Rusiyada ərzaq qıtlığı yarana bilər – Xəbərdarlıq

Dünya | 12:57 • 19 Aprel 2019
Rusiyada ərzaq qıtlığı yarana bilər – Xəbərdarlıq

Rusiya Federasiyası 2019-cu ildə ərzaq təhlükəsizliyi doktrinasının bütün tələblərini yerinə yetirməyə nail olmaya bilər.

Bu barədə "İzvesitiya” qəzeti məlumat yayıb.

Qəzetin Rusiya Kənd Təsərüfatı Nazirliyindən əldə etdiyi hesabatda qeyd olunur ki, risk zonasına kənd təsərrüfatının 3 seqmenti – süd, kartof və duz istehsalı daxildir.

Bildirilir ki, yerli istehsalçılar əhalini təmin etmək üçün öz məhsullarını kifayət qədər təqdim etmirlər. Bazarda yerli malların payı artırılmalıdır, lakin bu, risk qrupuna daxil olan malların Rusiyaya ən böyük ixracatçısı olan Belarusun maraqlarına zidddir. Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət üzrə dövlət qurumu – "Rosselxoznadzor” dəfələrlə qonşu ölkənin süd məhsullarının keyfiyyəti ilə bağlı şikayətlər irəli sürüb.

Ancaq ekspertlər deyirlər ki, rəqabət qabiliyyətli bazarda əsas vəzifə yerli istehsalı inkişaf etdirməkdir./teleqraf

Rubrikanın digər xəbərləri

Xəbər lenti