Xəzər Xəbər

Hərbi prokurorluq Xaftarın həbsinə order verdi

Dünya | 10:51 • 19 Aprel 2019
Hərbi prokurorluq Xaftarın həbsinə order verdi

Liviyanın Hərbi prokurorluğu Liviya Milli Ordusunun komandanı, Xəlifə Xaftarın həbsinə order verib.

"İntefaks” agentliyi xəbər verir ki, bu haqda ölkənin Milli Həmrəylik Hökuməti bildirib.

Qeyd edək ki, hərbi prokurorluq Liviya Milli Həmrəylik Hökumətinin rəhbərliyi altında, Tripolidə yerləşir.

Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Xəlifə Xaftarla əməkdaşlıq edir.

Aprelin 4-də Xaftar Tripoliyə hücumun başlandığını elan edib. Hazırda Liviya paytaxtının şəhərətrafında toqquşmalar davam edir./publika.az

Xəbər lenti