Xəzər Xəbər

Şimali Koreyanın raket sınaqlarına Pentaqondan ŞƏRH

Dünya | 10:46 • 19 Aprel 2019
Şimali Koreyanın raket sınaqlarına

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı vəzifələrini icra edən Patrik Şanaxan Koreya Xalq Demokratik Respublikasının yeni silahı sınaqdan keçirməsini şərh edib.

O, Şimali Koreyanın həqiqətən aprelin 17-də ən yeni silahı sınaqdan keçirdiyini bildirib.

"Kəşfiyyatımızın məlumatına görə, sınaqlar həqiqətən keçirilib, amma bu, ballistik raket deyildi”, - o deyib.

Xatırladaq ki, Şimali Koreyanın idarəolunan yeni taktiki silahlarının müvəffəqiyyətli sınaqları haqqındaKoreya Mərkəzi Teleqraf Agentliyi (STAK) məlumat yayıb. Məlumata görə, sınaq atışlarına Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In rəhbərlik edib./publika.az

Xəbər lenti