Xəzər Xəbər

Rusiya bütün Ukraynanı işğal edəcək? Kravçukdan PROQNOZ

Dünya | 10:42 • 19 Aprel 2019
Rusiya bütün Ukraynanı işğal edəcək?

Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlamayacaq.

Bu haqda Ukraynanın birinci prezidenti (1991-1994) Leonid Kravçuk "112 Ukrayna” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva dövlətlərin sərhədində hərbi gücü nümayiş etdirərək Ukraynanı qorxutmağa çalışır.

"Biz müharibəylə qorxutmaq lazım deyil, müharibə" gedir”, - o qeyd edib.

Xatırladaq ki, Kravçuk yanvarda da oxşar bəyanatla çıxış edib. O vurğulayıb ki, bütün Ukraynanı işğal etmək üçün Rusiyanın hərbi gücü çatacaq, ancaq onda Rusiya lideri Vladimir Putin öz büdcəsinin böyük hissəsini xərcləməli olacaq.

2018-ci ilin dekabrında isə keçmiş prezident iddia edirdi ki, Ukraynanın işğalı halında, Rusiya bir il ərzində mövcud olmayacaq./publika.az

Xəbər lenti