Xəzər Xəbər

Emmanuel Makron Notr-Dam kilsəsində alovu söndürən işçiləri mükafatlandırıb

Dünya | 17:54 • 18 Aprel 2019
Emmanuel Makron Notr-Dam kilsəsində alovu söndürən işçiləri mükafatlandırıb

Fransa prezidenti Emmanuel Makron Notr-Dam kilsəsində baş vermiş alovu söndürən yanğınsöndürənləri Yelisey sarayında qəbul edib və onlara göstərdikləri şücaətə görə medal təqdim edib.


Xezerxeber.az "RİA Novosti”yə istinadən xəbər verir ki, E.Makron ümumilikdə 270 yanğınsöndürən və yanğının söndürülməsində iştirak edən digər qurumların nümayəndələrini qəbul edib.


"Ölkəmiz və bütün dünya sizi izləyirdi. Siz nümunəvi idiniz”, - deyə Fransa prezidenti bildirib.

Qeyd edək ki, Notr-Dam kilsəsində yanğın aprelin 15-də baş verib.

Xəbər lenti