Xəzər Xəbər

Notr-Damın bərpası üçün inanılmaz məbləğdə pul yığıldı

Dünya | 14:47 • 17 Aprel 2019
Notr-Damın bərpası üçün inanılmaz məbləğdə pul yığıldı

Parisdə yanmış Notr-Dam kilsəsinin bərpası üçün qısa müddət ərzində bir milyard avrodan çox ianə toplanıb.

Bu barədə "Le Parisien” qəzeti yazır.

Nəşrin məlumatına əsasən, iri məbləğli ianələr daha çox böyük şirkətlərdən və biznesmenlərdən daxil olur.

Bundan başqa, vəsaitin müəyyən hissəsi Fransa Mədəniyyət Nazirliyinin seçdiyi dörd ictimai fonddan ayrılıb.

Fransanın mədəniyyət naziri Frank Riester səxavətli insanların internet dələduzlarının qurbanına çevrilməməsi üçünöz "Twitter” səhifəsində ianə üçünetibarlı internet-portalların adlarını sadalayıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Notr-Dam Kilsəsinin restavrasiyasının beş ilə yaxın vaxt aparacağını açıqlamışdı.

Xəbər lenti