Xəzər Xəbər

Hindistanda təbii fəlakət 31 nəfərin ölümünə səbəb olub

Dünya | 14:21 • 17 Aprel 2019
Hindistanda təbii fəlakət 31 nəfərin ölümünə səbəb olub

Hindistanda baş verən güclü yağışlar və qum qasırğası nəticəsində ən azı 31 nəfər ölüb.


Təbii fəlakətlər ən çox Qucarat, Racastxan, Madhya-Pradeş və Himaçal-Pradeş ştatlarında fəsad törədib.


Hindistan baş naziri Narendra Modi özünün "Twitter" səhifəsində təbii fəlakət nəticəsində ziyan çəkmiş şəxslərə 50 min hind rupisi (720 ABŞ dolları) məbləğində maliyyə yardımı ayrılacağını yazıb.

Xəbər lenti