Xəzər Xəbər

İstanbul üçün “B” planı: Prezident seçkiləri gündəmə gətirilir

Dünya | 11:29 • 17 Aprel 2019
İstanbul üçün “B” planı: Prezident seçkiləri gündəmə gətirilir

Cümhuriyyət Xalq Partiyası AKP-nin İstanbulda təkrar seçki taktikasına qarşı yeni həmlə hazırlayır.

CHP lideri Kamal Kılıçdaroğlunun sədrliyi ilə partiya hüquqşünasları və mütəxəssisləri ilə müzakirələr aparılıb.

Məlumata görə, həmin görüşdə CHP-nin İstanbul üçün "B” planının ssenarisi müzakirə edilib.

AKP-nin İstanbul seçkilərinin ləğvi və təkrar keçirilməsi həmləsinə CHP-də prezident seçkiləri də təkrar keçirilməsi təklifi ilə qarşılıq verəcək.

CHP-də hesab edirlər ki, son prezident seçkilərində bir sıra saxtakarlıqlar özünü açıq göstərib. Bura saxta seçici sayı, CHP-nin namizədinə verilən səslərin etibarsız elan edilməsi, dövlətin imkanlarından gen-bol yararlanma və digər məsələlər daxildir./Teleqraf.com

Xəbər lenti