Xəzər Xəbər

ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ: İran Yaxın Şərqdə...

Dünya | 11:19 • 17 Aprel 2019
ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ:

İran parlamenti İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsinə cavab olaraq ABŞ-ın Yaxın Şərqdə fəaliyyət göstərən bütün hərbi güclərini terrorçu elan edən qanun layihəsini qəbul edib.

XəzərXəbər "Anadolu” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsini 204 deputat dəstəkləyib, 2-si isə qarşı çıxıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də SEPAH-ı "xarici terrorçu təşkilat” kimi tanıyıb. Bundan sonra İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil etdiyini açıqlamışdı.

Xəbər lenti