Xəzər Xəbər

Türkiyədən S-400 açıqlaması: "Əgər Tramp müdaxilə etməsə..."

Dünya | 10:42 • 17 Aprel 2019
Türkiyədən S-400 açıqlaması:

ABŞ-ın Türkiyənin Rusiyadan S-400 raket-zenit kompleksləri alması ilə bağlı narahatlığı aradan qaldırılmayıb.

İki ölkə arasında aparılan diplomatik məsləhətləşmələr nəticə verməyib.

Pentaqonun yaydığı bəyanatda deyilir ki, Rusiyadan alınacaq bu raket-zenit kompleksləri regionda ABŞ qırıcıları üçün təhlükə yarada bilər.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məsələ ilə bağlı açıqlama verib. Sözçü bildirib ki, ABŞ-ın S-400-lərin alışı ilə bağlı ölkəsinə qarşı sanksiyalar qəbul etməyəcəyinə ümid edirlər.

Türkiyə-ABŞ Əməkdaşlıq Şurası ilə Amerika-Türkiyə Şurası tərəfindən təşkil edilən 37-ci Ortaq İllik Konfransda jurnalistlərin suallarını cavablandıran mətbuat katibi ölkəsinin son 10 ildir ki, ABŞ-dan "Patriot” sistemi almağa çalışdığını xatırladıb:

"Türkiyə havadan güclü müdafiə sistemi olmayan bir neçə dünya ölkəsindən biri və tək NATO üzvüdür. "Patriot” almaq üçün çox cəhd göstərdik. Lakin bu istəyimiz gerçəkləşmədi. Türkiyə sadəcə müdafiə sistemi almır, həm də istehsal etmək istəyir. Lakin ABŞ-ın təklif etdiyi paket Türkiyənin ehtiyaclarını qarşılamır. Rusiyanın təklifi isə birlikdə istehsal tərkiblidir”.

İbrahim Kalın bildirib ki, ABŞ Konqresinə təqdim edilən "Türkiyəyə sanksiya” təklifinə prezident Donald Trampın mülayim şəkildə müdaxilə etməsini gözləyirlər: "Dəfələrə söylədiyim kimi, təhdid və sanksiyaların heç bir faydası olmayacaq və heç bir müsbət nəticə verməyəcək. ABŞ ilə bu məsələdə təbii ki, qarşıdurma yaşamaq istəmirik. Amma Türkiyənin təhlükəsizlik qayğılarını da hər kəsin anlaması lazımdır”.

Qeyd edək ki, daha öncə Türkiyə mətbuatında S-400-lərin Türkiyə Silahlı Qüvvələrinin arsenalına verilməsi təqdirində ABŞ-ın Ankaraya 30-dan çox sanksiya tətbiq ediləcəyi ilə bağlı informasiya verilmişdi.publika.az

Xəbər lenti

Çox oxunanlar