Xəzər Xəbər

Trampdan Ər-Riyada JEST: qətnaməyə veto qoydu

Dünya | 09:59 • 17 Aprel 2019
Trampdan Ər-Riyada JEST:

ABŞ prezidenti Donald Tramp Yəməndə Səudiyyə Ərəbistanına verilən dəstəyin dayandırılması haqqında Konqresin qətnaməsinə veto qoyub.

TASS agentliyi xəbər verir ki, bu haqda Ağ Evin çərşənbə axşamı dərc edilmiş bəyanatında deyilir.

Tramp bildirib ki, qətnamə ABŞ-ın xarici siyasətinə və ikitərəfli münasibətlərə zərər vura, dinc əhalinin həlak olmasının və terror təşkilatlarının yayılmasının qarşısının alınması üzrə Vaşinqtonun səylərinə mənfi təsir edə bilər.

Qeyd edək ki, Vaşinqton Yəməndə iranmeylli Husi qiyamçılarına qarşı əməliyyatlarda Ər-Riyadın başçılıq etdiyi koalisiyaya logistik kömək göstərir və koalisiyaya kəşfiyyat məlumatları çatdırır./publika.az

Xəbər lenti