Xəzər Xəbər

Notr-Dam faciəsində 11 sentyabr MESAJI “Britannica”...

Dünya | 15:34 • 16 Aprel 2019
Notr-Dam faciəsində 11 sentyabr MESAJI

Fransanın məşhur Paris Notr-Dam kilsəsinin yanmasını canlı təqdim edən "Youtube”da qalmaqallı olay yaşanıb.

Canlı yayım əsnasında videonun alt yazı qutusunda 2001-ci ildə ABŞ-da baş verən "Əkiz qüllələr” hadisəsinin bilgiləri yer alıb.

Fransanın "France 24” kanalı daxil olmaqla, ən böyük xəbər saytlarının yanğınla bağlı canlı yayımında bu problem yaşanıb. Daha sonra problemin "Youtube”un "Britannica” ensiklopediyası ilə bağlantısından qaynaqlandığı ortaya çıxıb. Həmin ensiklopediyada yer alan 11 sentyabr 2001-ci il hadisələrinin bilgiləri "Youtube”un informasiya panelində yanlışlıqla çıxıb.

Şirkət bu barədə rəsmi açıqlama da verib. Bildirilib ki, ötən il "Britannica” və "Wikipedia” kimi üçüncü tərəflərlə bağlı informasiya paneli qurulub. Lakin bu panel bəzən alqorifmik olaraq yanlış bilgilər göndərə bilir./publika.az

Xəbər lenti