Xəzər Xəbər

Dünya hakerləri Assanjın intiqamını alıb

Dünya | 11:44 • 16 Aprel 2019
Dünya hakerləri Assanjın intiqamını alıb
Ekvadorun informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Patrisio Real bəyan edib ki, Wikileaks saytının qurucusu Culian Assanjın həbsdən sonra ölkənin dövlət qurumlarının saytları 40 mln. kiberhücuma məruz qalıb. Bu barədə AFP məlumat yayıb.

Onun sözlərinə görə, haker hücumları ABŞ, Braziliya, Almaniya, Fransa, Rumıniya və digər ölkələrdən təşkil edilib.

Qeyd edək ki, Assanj 11 apreldə Ekdavorun Londondakı səfirliyinin ərazisində Birləşmiş Ştatların ekstradisiya barədə sorğusu əsasında həbs olunub./FaktXəbər

Xəbər lenti