Çinin Şandun vilayətində dərman şirkətində baş verən yanğında ən azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb. Hələlik hadisənin baş vermə səbəbləri bilinmir. Yaralılar xəstəxanalara çatdırılıblar.