Xəzər Xəbər

Kim Çendən Trampı hiddətləndirəcək təklif: Rusiyadan təyyarələri...

Dünya | 11:56 • 15 Aprel 2019
Kim Çendən Trampı hiddətləndirəcək təklif:

Şimali Koreya Rusiyadan 2 ədəd təyyarə ala bilər.

Bunu Rusiya Dumasının millət vəkili Sergey Neverov deyib.

Bir qrup həmkarı ilə Pxenyana səfər edən millət vəkili bildirib ki, Şimali Koreya xarici işlər nazirinin müavini Im Çeon Il ilə görüşdə bu məsələ müzakirə olunub.

Onun sözlərinə görə, Rusiyadan alınacaq sərnişin təyyarələri Şimali Koreyanın beynəlxalq səfərlərinin rahatlığını və təhlükəsizliyini təmin edəcək. Neverov aldıqları təklifi ən qısa zamanda Rusiyanın baş naziri Dmitri Medvedev ve Duma sədri Vyaçeslav Volodinə göndərəcəklərini qeyd edib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Inın gələn həftə Rusiyaya rəsmi səfəri gözlənilir./publika.az

Xəbər lenti