Xəzər Xəbər

Xaftarın ordusuna məxsus qırıcı vuruldu

Dünya | 11:16 • 15 Aprel 2019
Xaftarın ordusuna məxsus qırıcı vuruldu

Xəlifə Xaftarın rəhbərlik etdiyi Liviya Milli Ordusuna məxsus hərbi qırıcı Liviyanın paytaxtı Tripolidən cənubda qəzaya düşüb.

Fransanın AFP agentliyinin məlumatına görə, təyyarə Milli Razılıq Hökumətinə məxsus güclər tərəfindən vurulub.

Milli Razılıq Hökumətinə məxsus güclərin nümayəndəsi, polkovnik Məhəmməd Qnunun sözlərinə görə, Vadi ar-Rabi bölgəsində hava hücumu planlaşdıran qırıcını məhv etməyi bacarıblar.

"Sky News” telekanalının ərəb xidmətinin məlumatına görə, pilot sağ qalmağı bacarıb, çünki o, tullanmağa vaxt tapıb./publika.az

Xəbər lenti