Xəzər Xəbər

Rusiyada avtobus qəzaya uğradı: 49 nəfər...

Dünya | 11:15 • 15 Aprel 2019
Rusiyada avtobus qəzaya uğradı: 49 nəfər...

Rusiyanın Tula vilayətində "Mersedes” markalı avtobus qəzaya uğrayıb.

Yoldan çıxaraq çevrilən avtobusda 39 uşaq (başqa məlumatlara görə, 40), iki sürücü və yeddi bələdçi olub.

Daxili İşlər Nazirliyinin regional idarəsinin məlumata görə, bir pedaqoq travmalar alıb. Qadına hadisə yerində tibbi yardım göstərilib. Başqa heç kim zərər çəkməyib./publika.az

Xəbər lenti