Xəzər Xəbər

Kilsədə atışma: ölən və yaralanan var

Dünya | 10:59 • 15 Aprel 2019
Kilsədə atışma: ölən və yaralanan var

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Selmon-Arm şəhər kilsədə atışma baş verib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, nəticədə bir nəfər həlak olub.

"Gənc kişi tüfənglə kilsəyə girdi və bir insanı nişan alaraq atdı. O, mənim atam idi”, - həlak olan şəxsin oğlu bildirib.

78 yaşlı Qordon Parmenter hadisənin qurbanı olub.

Parmenterin oğlunun sözlərinə görə, atəşdən sonra kişi kilsədən çıxıb, sonradan qayıdaraq güllələməyə davam edib. Nəticədə bir nəfər yaralanıb.

Şübhəli şəxs saxlanılıb.

Həlak olan şəxsin oğlunun sözlərinə görə, onun atası və silahı tanış idilər. Silahlı şəxsin psixi problemləri var idi, ancaq hücumun motivi məlum deyil./publika.az

Xəbər lenti

Çox oxunanlar