Xəzər Xəbər

Amerika generalı: Bu, Rusiya ilə silahlı qarşıdurmaya gətirib çıxara bilər

Dünya | 10:38 • 15 Aprel 2019
Amerika generalı: Bu, Rusiya ilə silahlı qarşıdurmaya gətirib çıxara bilər

Rusiya və Qərb ölkələri daha sıx əlaqələri dəstəkləməlidir ki, bir-birinin niyyətlərini daha yaxşı anlasınlar.

Bunu "Associated Press” agentliyinə müsahibəsində NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Kertis Skaparotti bildirib.

Onun fikrincə, dövlətlər arasında dialoqun aktiv olmaması silahlı qarşıdurmaya gətirib çıxara bilər.

""Soyuq müharibə” dövründə bir-birimizin siqnallarını anlayırdıq. Biz danışırdıq. Məni narahat edən odur ki, bu gün biz onları (ruslar - red.) anlamırıq”, - Amerika generalı deyib./publika.az

Xəbər lenti