Xəzər Xəbər

Marsda pinqvin tapılıb?

Dünya | 12:54 • 14 Aprel 2019
Marsda pinqvin tapılıb?

Amerika sakini inanılmaz iddia ilə çıxış edib

Amerikalı Stiv Martin NASA-nın Marsdan çəkdiyi şəkillərə baxmağı çox sevir. Martin bu dəfə şəkillərdən birində pinqvin gördüyünü iddia edir.

Martin açıqlaması zamanı deyib ki, uzun zamandır Marsda pinqvin axtarışında olub: "Mən həmişə inanırdım ki, Marsda həyat olub. Bunu təsdiq etməyə çalışırdım. Pinqvini tapandan sonra inanıram ki, Marsda həyat olduğunu sübut edə biləcəm”.

Kişi eyni zamanda bunları da dilə gətirib: "Mən saatlarla NASA-nın çəkdiyi şəkillərə baxmışam. Heç vaxt ağlıma gəlməyib ki, Marsda pinqvin taparam”.

Xəbər lenti