Xəzər Xəbər

Sudanda komendant saatı ləğv olundu

Dünya | 20:51 • 13 Aprel 2019
Sudanda komendant saatı ləğv olundu

Sudanda komendant saatı ləğv olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə hərbi keçid şurasının rəhbəri Əbdülfəttah əl-Burhan dövlət televiziyasında canlı yayım zamanı məlumat verib. Bütün vilayətlərdə valilərin vəzifəsinə son qoyulduğunu bildirən Burhan, ölkədə keçid dövrünün iki ilədək sürəcəyini qeyd edib. Vəziyyət nəzərəçarpan dərəcədə düzəldikdən sonra isə hakimiyyət xalqın qurduğu mülki hökumətə təhvil veriləcək. Günahsız insanları qətlə yetirən və vəziyyətdən sui-istifadə edən hər kəsin cəzalandırılacağını bildirən Burhan ölkədə həyatın normal vəziyyətə salınması üçün xalqdan dəstək gözlədiklərini də dilə gətirib.

Qeyd edək ki, 2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. Bir neçə aydır ki, davam edən etirazlar və toqquşmalar nəticəsində onlarla insan həlak olub, yüzlərlə yaralanıb, bir neçə min nəfər isə həbs olunub. Aprelin 11-də Sudan ordusu təcili iclas keçirərək Prezident Ömər əl-Bəşir və onun köməkçilərini bütün vəzifələrdən kənarlaşdırmaq və hökuməti istefaya göndərmək barədə qərar qəbul edib.

Xəbər lenti