Xəzər Xəbər

İranda 100-ə qədər yüksək vəzifəli məmurun ikili vətəndaşlığı var

Dünya | 15:29 • 26 Mart 2019
İranda 100-ə qədər yüksək vəzifəli məmurun ikili vətəndaşlığı var

İran parlamentinin araşdırma qrupu belə bir nəticəyə gəlib ki, ölkədə 100-ə qədər yüksək vəzifəli məmur ikili vətəndaşlığa və "Green Card”a malikdir.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı və Vilayət Fraksiyasının üzvü Əbülfəz Əbuturabi deyib.

Ə.Əbuturabinin sözlərinə görə, bu siyahıda istər islahatçı, istərsə də mühafizəkar siyasi dairələrə mənsub məmurların adları var:

"Təəssüflər olsun ki, ikili vətəndaşlıq İran üçün ciddi problemdir. Çünki rəqib ölkələrin İrana nüfuz etmək üçün ən optimal yolu həmin ikili vətəndaşlığı olan şəxslərdir".

Xəbər lenti