Xəzər Xəbər

Türkiyədə qayıq batıb, dörd nəfər ölüb

Dünya | 11:24 • 26 Mart 2019
Türkiyədə qayıq batıb, dörd nəfər ölüb

Ege dənizinin Türkiyənin Çanaqqala şəhərinin Ayvacık bölgəsinə yaxın hissəsində içərisində qaçqınların olduğu qayıq batıb. Onlar Yunanıstanın Midilli adasına getmək istəyirmişlər.


Xezerxeber.az xəbər verir ki, hadisə nəticəsində üçü qadın və biri uşaq olmaqla 4 nəfər həyatını itirib. Digər 11 nəfər xilas edilərək yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti