Xəzər Xəbər

ABŞ İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı

Dünya | 09:09 • 26 Mart 2019
ABŞ İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı

ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıyan sənədə imza atıb.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bəyannamə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb.

"Bu, bir neçə onilliklər əvvəl baş verməli idi”, - Tramp belə deyib.

Onun sözlərinə görə, İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Qolan yüksəkliklərinə nəzarəti əlində saxlayır. O qeyd edib ki, indi isə İsraili İrandan və Suriyadakı terror qruplaşmalarından, eləcə də "Hizbullah”dan qorumaq lazımdır.

Xəbər lenti