Xəzər Xəbər

Yaponiya şirkətləri işləmək üçün gələn əcnəbilərə kömək edəcək

Dünya | 10:38 • 24 Mart 2019
Yaponiya şirkətləri işləmək üçün gələn əcnəbilərə kömək edəcək

Yaponiya hökumətinin cari ilin aprelindən başlayaraq daha çox əcnəbinin işləmək üçün bu ölkəyə gəlməsinə yönələn siyasəti nəticəsində yerli şirkətlər həmin şəxslərə kömək üçün yeni xidmətlər təklif edəcək.


AZƏRTAC xəbər verir ki, Tokioda fəaliyyət göstərən "One visa” şirkəti əcnəbilərə sənədlərini viza almaq üçün təqdim etməkdə yardım edəcək. Məlumata görə, apreldən başlayaraq şirkət tərəfindən Yaponiyaya gələn əcnəbilərə yardım üçün lazımi xidmətləri dərhal təklif olunacaq.


Bununla yanaşı, həmin şirkət mağazalarında bütün sutka ərzində fəaliyyət göstərən bankomatlar yerləşdirmiş "Seven Bank” bankı ilə birlikdə əcnəbilərə Yaponiyaya gəldikdən dərhal sonra bank hesabı açmağa da kömək edəcək.

Xəbər lenti