Xəzər Xəbər

Malidə yaşayış məntəqəsinə silahlı hücum - 110 çoban öldürülüb

Dünya | 09:59 • 24 Mart 2019
Malidə yaşayış məntəqəsinə silahlı hücum -

Malinin Bankas şəhəri yaxınlığında naməlum silahlı şəxslər "fulani" xalqının 110 çobanını öldürüblər.

Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şəhərin meri Mulay Quindo bildirib.

Onun sözlərinə görə, "donzo" ovçuları kimi geyinən naməlum şəxslər Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər: "Ossaqu yaşayış məntəqəsi tam məhv edilib".

Xəbər lenti