Xəzər Xəbər

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

Dünya | 09:32 • 24 Mart 2019
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.

Bu barədə "G1" xəbər portalı Minas-Jerays ştatının mülki müdafiə xidmətinə istinadən xəbər verir. Daha əvvəl 207 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara əsasən, 98 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

Xəbər lenti