Xəzər Xəbər

Tailandda parlament seçkiləri keçirilir

Dünya | 09:08 • 24 Mart 2019
Tailandda parlament seçkiləri keçirilir

Tailandda 2011-ci ildən bəri ilk dəfə ümumi parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir.

Xezerxeber.az xəbər verir ki, yerli vaxtla səhər 8:00-da səsvermə başlayıb. Təxminən 51 milyon seçici saat 17:00-dək davam edəcək məntəqələrdə səs verə biləcək.

Ölkədə 2011-ci ildə keçirilən sonuncu ümumi parlament seçkiləri nəticəsində Tailand tarixində ilk qadın Baş nazir Yinqlak Çinavatın başçılıq etdiyi hökumət hakimiyyətə gəlib. 2014-cü ildə kütləvi etiraz aksiyaları və küçə iğtişaşları fonunda quru qoşunlarının komandanı general Prayut Çan-Oça milli barışıq şüarı ilə ölkədə hərbi çevriliş edib və qanunvericilik səlahiyyətlərinə malik hərbi hökumətin başına keçib. Konstitusiya ləğv olunub və onun əvəzində müvəqqəti əsas qanun işə salınıb. Daha sonra isə təyin olunan deputatlardan ibarət müvəqqəti parlament və Nazirlər Kabineti yaradılıb. Həmçinin ölkədə bütün növ siyasi fəaliyyətə qadağa qoyulmuşdu.

Xəbər lenti