Xəzər Xəbər

Makron Parisə ordunun yeridiləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirdi

Dünya | 16:04 • 23 Mart 2019
Makron Parisə ordunun yeridiləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirdi

Fransa prezidenti Emmanuel Makron ordudan "sarı jiletlər”ə qarşı istifadə etmək niyyətində olmadığını bəyan edib.

Bunu o, Brüsseldə keçirilən brifinqdə deyib.

O, ötən ilin dekabr ayında tətbiq olunan qaydalara riayət edəcəyini vurğulayıb.

Makron bildirib ki, "Santinel” əməliyyatına cəlb olunan hərbçilər terrorla mübarizə aparacaqlar və vacib obyektlərin mühafizəsi ilə məşğul olacaqlar. Polis isə nümayişlər zamanı asayişi qoruyacaq.

Xəbər lenti