Xəzər Xəbər

Trampdan mübahisə yaradacaq Şimali Koreya QƏRARI - LƏĞV ETDİ

Dünya | 13:16 • 23 Mart 2019
Trampdan mübahisə yaradacaq

"Bu gün açıqlanan Şimali Koreya sanksiyalarını geri çəkirəm”.

Bu sözləri ABŞ prezidenti Donald Tramp tvitter səhifəsində yazıb.

Prezidentin bu paylaşımı ABŞ-da yeni mübahisə yaradıb.

"Şimali Koreya üçün mövcud sanksiyalar artırılacaq. ABŞ maliyyə nazirliyi tərəfindən bu gün açıqlama verilib. Lakin mən əlavə sanksiyaların geri çəkilməsi ilə bağlı tapşırıq verdim”, - deyə Tramp tvitter hesabında yazıb. Lakin sanksiyaların nədən ibarət olduğunu açıqlamayıb. Bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Qısa müddət sonra Ağ ev sözçüsü Sarah Sanders mediaya açıqlama verib: "Prezident Tramp Şimali Koreya lideri Kİm Çen Inı sevir və bu sanksiyalara ehtiyac olmadığını düşünür”, - deyə açıqlama verib.

Lakin Ağ ev sözçüsü sanksiyaların nədən ibarət olduğunu açıqlamayıb./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti