Xəzər Xəbər

Lukaşenkodan MƏMURLARA MƏSLƏHƏT: Bunu edin, çox yaşayın!

Dünya | 11:23 • 23 Mart 2019
Lukaşenkodan MƏMURLARA MƏSLƏHƏT:

Məmurlar sağlam həyat tərzini populyarlaşdırmalı və gündəlik minimum 5 kilometr piyada gəzməlidir.

BELTA agentliyi xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Baranoviçə səfəri zamanı deyib.

Dövlət başçısı məmurların hansı idman növləri ilə məşğul olduğunu soruşub, ancaq aydın cavablar almayıb.

"Bu zarafat görünür, amma gündə ən azı beş kilometr piyada gəzməsəniz, uzun yaşamayacaqsınız. Buna görə siz zarafat edirsiniz, necə istəyirsiniz, amma bu, hər kəs üçün çox əhəmiyyətlidir”, - Lukaşenko bildirib./publika.az

Xəbər lenti