Xəzər Xəbər

Gündə 8 uşaq ölür – BMT “cəhənnəm"in yerini göstərdi

Dünya | 11:18 • 23 Mart 2019
Gündə 8 uşaq ölür

BMT-nin insan haqları üzrə komissarı Mişel Baçalet Yəmənin Əl-Hadidə limanında atəşkəs elan edilməsinə baxmayaraq, bölgədə gündə ən azı 8 uşağın öldüyünü açıqlayıb.

BMT rəsmisi Yəməndəki vəziyyətin faciəvi olduğunu və təxminən 1 milyon yəmənli uşağın qida çatışmazlığı ilə üz-üzə qaldığını bildirib.

Qeyd edək ki, ötən il dekabrın 18-də koalisiya qüvvələri və qiyamçılar arasında atəşkəs anlaşmasının imzalanmasına baxmayaraq, Yəməndə silahlı qarşıdurmalar davam edir. Habelə ölkəyə humanitar yardımın edilməsinin qarşısı alınır.

Əl-Hadidə limanı isə Yəmənə humanitar yardımın çatdırılması üçün ən önəmli xətt sayılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti