Xəzər Xəbər

Moskva ABŞ-a meydan oxudu: Rusiya orta və qısa mənzilli raketlərini...

Dünya | 13:20 • 21 Mart 2019
Moskva ABŞ-a meydan oxudu:

"Rusiya silahlanma yarışına daxil olmayacaq”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Cenevrədə baş tutan Silahsızlaşma Konfransına qatılan nazir ölkəsinin orta və qısa mənzilli raketlərdən istifadə etməyəcəyini diqqətə çatdırıb:

"Amerika istehsalı olan sistemlərin yerləşdirilmədiyi bölgələrdə Rusiyanın orta və qısa mənzilli raketlərdən istifadə etməyəcəyini, onsuz da, bildirmişik. Lakin ABŞ bunu qəsdən gözardı edir. Prezident Vladimir Putinin dediyi kimi, onların hərəkətlərinə güzgü taktikasından istifadə edərəək eyni formada cavab verəcəyik”.

Lavrov Rusiyanın strateji sabitlik mövzusunda tövsiyələrinin Qərbin dialoqa daxil olması ilə genişlənəcəyini və Moskvanın bərpaedici işlərə qol qoymağa hazır olduğunu deyib: "Rusiya strateji sabitlik sahəsindəki mövcud razılaşmalara məsuliyyətlə yanaşırdı və belə olmağa da davam edir. Tövsiyələrimizlə gerçək müzakirələrin təməlini qoya biləcəyimizə inanırıq. Məsləhətlərimiz Qərb müttəfiqləri tərəfindən yaxşı qarşılanır”./publika.az

Xəbər lenti