Xəzər Xəbər

Klimkin: Rusiya yeni qaz müharibəsinə başlamağa çalışır

Dünya | 11:53 • 20 Mart 2019
Klimkin:

Rusiya Nezalejnuyu vasitəsilə təbii qazın tranziti üzrə müqavilənin müddətinin tamamlanmasından sonra yeni qaz müharibəsinə başlamağa çalışır.

"İnterfaks-Ukrayna” agentliyi xəbər verir ki, bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib.

"Bu ehtimal çox böyükdür. Bunu bizim partnyorlarımız anlayırlar və deyirlər ki, anbarlarımızdakı qaz ehtiyatını artıraraq buna hazırlaşmaq lazımdır”, - nazir qeyd edib.

Klimkin həmçinin deyib ki, Kiyev və Avropa İttifaqı Avropa qaydalarına əsaslanaraq yeni müqavilənin bağlanmasına təkid edir./publika.az

Xəbər lenti