Xəzər Xəbər

Nazarbayevin istefasından sonra ölkədə ajiotaj İlk rəsmi açıqlama

Dünya | 10:40 • 20 Mart 2019
Nazarbayevin istefasından sonra ölkədə ajiotaj

Nursultan Nazarbayevin prezident postundan istefa xəbərindən sonra Qazaxıstan əhalisi kütləvi şəkildə xarici valyuta almağa başlayıb.

Nəticədə ölkədə dollar qıtlığı başlayıb.

Ajiotaj Astana şəhərinin valyuta dəyişmə məntəqələrində dolların tamamilə tükənməsinə səbəb olub.

Bundan başqa, dolların kursunun yüksəldiyi də bildirilir. 378,5 təngəyə satılan 1 dollar 285 təngəyə təklif edilib.

Qazaxıstan Milli Bankının rəsmisi Aleksandr Terentyev açıqlama verməli olub. O, bəyan edib ki, ölkədə maliyyə sabitliyi hökm sürür, ajiotaja və milli valyutanın kursundan narahatlığa əsas yoxdur./teleqraf.com

Xəbər lenti