Xəzər Xəbər

“Uçan taksilər” həyatımıza daxil olur

Dünya | 12:56 • 19 Mart 2019
“Uçan taksilər” həyatımıza daxil olur

Qarşıdakı 6 il içində bu nəqliyyat vasitələri satışa çıxarılacaq.

Adətən filmlərdə gördüyümüz uçan maşınlar düşündüyümüzdən daha erkən həyatımıza girə bilər.

Airbus və Audi şirkətləri "CityAirbus” adlı elektriklə işləyən hava nəqliyyatı layihəsini açıqlayıb.

Bu nəqliyyat vasitələri daha çox helikopter və dron formatında olacaq, mühərrikləri isə "Siemens Group” tərəfindən təkmilləşdiriləcək.

Şirkətlərin açıqlamasına görə, qarşıdakı 6 il içində bu nəqliyyat vasitələri satışa çıxarılacaq.

Həmçinin qeyd edilib ki, ilk vaxtlarda pilot tərəfindən idarə ediləcək bu "taksi”lər lazımlı təhlükəsizlik əldə edildikdən sonra pilotsuz fəaliyyət göstərəcək.

AzNews.az

Xəbər lenti