Xəzər Xəbər

Xirosimaya atılan atom bombasından 10 dəfə güclü... – NASA-dan ŞOK İDDİA

Dünya | 10:41 • 19 Mart 2019
Xirosimaya atılan atom bombasından 10 dəfə güclü...

Ötən ilin dekabrında Rusiyanın Kamçatka vilayətinin sahillərində böyük meteorit partlayıb.

Bu haqda Amerika Milli Kosmik Agentliyinin (NASA) məlumatında deyilir.

Alimlər bildirirlər ki, belə miqyasda partlayışlara 100 il ərzində iki-üç dəfə rast gəlinir. Göy cismi zərər vurmayıb, çünki, o Berinq dənizinin üzərində partlayıb. Partlayış gücü isə Xirosimaya ("Balaca oğlan” bombası 13-18 kiloton trotilə bərabər idi –red.) atılmış atom bombasının gücündən 10 dəfə çox olub.

Bildirilir ki, partlayış dekabrın 18-də, təxminən yerli vaxt üzrə günorta baş verib. Göy cismi saniyədə 32 kilometr sürətlə Yer kürəsinin atmosferinə daxil olub. Meteorit Yer kürəsinin səthinin 25,6 kilometr üzərində 173 kiloton zərbə enerjisi ilə partlayıb.

BBC-nin məlumatına görə, meteoritin partlayışı hərbi peyklər tərəfindən qeydə alınıb. Partlayış Asiya və Şimali Amerika arasında uçan beynəlxalq aviaşirkətlərin marşrutlarına yaxın olub. Tədqiqatçılar partlayışın pilotların görüb-görmədiyini öyrənməyə çalışırlar./publika.az

Xəbər lenti