Xəzər Xəbər

ABŞ və Fransadan MÜHARİBƏYƏ DOĞRU addım: Türkiyə sərhədlərində minlərlə əsgər...

Dünya | 09:46 • 19 Mart 2019
ABŞ və Fransadan MÜHARİBƏYƏ DOĞRU addım:

PKK terror təşkilatı yeni ordu hazırlığına başlayıb.

Terrorçular Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun "Zeytun budağı” hərəkatı ilə terror ünsürlərindən təmizlədiyi Afrin şəhərini geri almaq üçün hazırlıq görür.

Bu məqsədlə Eyn əl-Ərəb şəhhərində 2 min terrorçu təlimlər keçir. Onlara ABŞ və Fransa dəstək verir. Təlimlərin maliyyələşdirilməsi ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hesabına aparılır. Ordudakı əsgər sayının 3 ay içində 15 min nəfərə çatması planlaşdırılır.

Təlim düşərgəsi İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə qurulan koalisiya rəhbərləri tərəfindən 2 dəfə ziyarət edilib. Təşkilatın lideri Mustafa Məhəmməd bundan sonrakı ilk hədəflərinin Afrin olduğunu deyib. Təlimlərdə iştirak edənlər arasında Afrin əsilli olanların çoxluğu diqqət çəkib. PKK təxribatlarından sonra Təl Rıfata köç edən çox sayda afrinli ailənin uşaqları müxtəlif üsullarla düşərgəyə cəlb olunur.

PKK-nın Afrin üçün hazırladığı işğal planına İŞİD də dəstək verəcək. Kamikadzelər, mina və bomba mütəxəssisləri ilə yanaşı, xüsusi alay da fərqli düşərgələrdə təlimlər görür. Bu düşərgələrdəki İŞİD muzdlularının sayı 300-ü keçir.

Yeni qurulan ordu TSQ və ASO-ya qarşı genişmiqyaslı basqınlar etməyi planlaşdırır./publika.az

Xəbər lenti