Xəzər Xəbər

Ermənistan xüsusi təyinatlısının Azərbaycanla sərhəddə əl atdığı rüsvayçılıq üzə çıxdı

Dünya | 16:55 • 18 Mart 2019
Ermənistan xüsusi təyinatlısının Azərbaycanla sərhəddə əl atdığı rüsvayçılıq üzə çıxdı

Ermənistan rəhbərliyinin ötən il döyüş növbəsi üçün Azərbaycanın Qazax rayonu istiqamətindəki sərhədə yerləşdirdiyi xüsusi təyinatlı polis qüvvələrinin snayperi xidmətdən yayınmaq üçün rüsvayçı əmələ əl atıb. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti bildirir.

Məlum olub ki, kimliyi açıqlanmayan həmin polis xüsusi təyinatlısı Azərbaycanla sərhəddə snayper kimi xidmət keçərkən silahı ilə öz-özünə xəsarət yetirib. Və Azərbaycan hərbçilərinin posta hücumu zamanı yaralandığı haqda yalan məlumat verərək xidmətdən yayınıb.

Həmin snayper barəsində sonradan, faktın üzə çıxmasından sonra qaldırılan cinayət işinin materiallarına görə 2018-ci il sentyabrın 2-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Altıncı qarnizon istintaq şöbəsinə Azərbaycanla sərhəddə, döyüş mövqeyində rəqiblə atışma nəticəsində polis qoşunlarının snayperinin sol çiynindən yaralandığı haqda məlumat daxil olub.

İstintaqın gedişində zərər çəkən snayper ifadə verərək deyib ki, döyüş növbətçiliyi zamanı onun olduğu mövqeyə Azərbaycan hərbçiləri hücum edib. Və atışma zamanı snayper çiynindən yaralanıb. Nəticədə "əla xidmətə görə” həmin snayperi medalla təltif ediblər.

Lakin sonrakı məhkəmə-prosessual fəaliyyətlərin nəticəsində hüquq-mühafizə orqanları polis snayperinin əslində necə yaralandığını müəyyən edə biliblər. Məlum olub ki, o xidmətdən yayınmaq üçün özü-özünü vurub. Sübutları saxtalaşdırmaq üçün isə snayer ona təhkim olmunmuş snayper tüfəngindən 12 atəş açıb.

Əldə edilmiş sübutlar nəticəsində polis snayperinə özünə xəsarət yetirmək yolu ilə hərbi xidmətdən yayınmaq ittihamı irəli sürülüb. Habelə xüsusilə ağır cinayət barədə yalan donos verməkdə, sübutları saxtalaşdırmaqda ittiham olunur. Həmin polis barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən il Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan polis qoşunlarını Azərbaycanla sərhədə döyüş növbətçiliyinə göndərib. O vaxta qədər sərhədin həmin istiqamətində Ermənistan ordusunun mövqelərində əsgərlərə canlı qüvvənin çatışmaması üzündən yerli kəndlilər növbətçilik əsasında kömək edirdi.

Xəbər lenti