Xəzər Xəbər

Macarların çoxu yayda ölkədə istirahət etməyə üstünlük verir

Dünya | 16:36 • 18 Mart 2019
Macarların çoxu yayda ölkədə istirahət etməyə üstünlük verir

"Bonusz Brigad” diskont saytının və "GKI Digital” tədqiqat institutunun apardıqları sosioloji sorğunun nəticələrinə görə, macarların çoxu (81 faizi) bu il öz məzuniyyətini ölkənin hüdudlarını tərk etmədən, istirahət yerinə maşınla gedərək keçirmək niyyətindədir.


AZƏRTAC xəbər verir ki, respondentlərin təqribən 58 faizinin sözlərinə görə, onlar Macarıstanda istirahət etməklə bərabər, Avropa ölkələrindən birinə getməyi planlaşdırır, onların yarısı qonşu ölkədə istirahət etməyə üstünlük verib.


Rəyi soruşulanların 78 faizi ötən il bir neçə səfər edib.

Xəbər lenti