Xəzər Xəbər

İrandan Azərbaycana 84 kq heroinin keçirilməsinin qarşısı alınıb - FOTO

Dünya | 15:49 • 18 Mart 2019
İrandan Azərbaycana 84 kq heroinin keçirilməsinin qarşısı alınıb -

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonundan 84 kq heroinin Azərbaycana aparılmasının qarşısı alınıb.

Bunu İranın Ərdəbil vilayətinin polis rəisi Huşəng Hüseyni jurnalistlərə verdiyi açıqlamada deyib.

H.Hüseyninin sözlərinə görə, polis əməkdaşları və sərhədçilər Biləsuvar rayonunda yük maşınında yerləşdirilən heroini aşkarlayıblar.

Polis rəisi məsələ ilə bağlı 1 nəfərin saxlanıldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

İranın Biləsuvar rayonu Ərdəbilin 165 km şimalında və Azərbaycanla sərhəddə yerləşir. (Trend)

Xəbər lenti