Xəzər Xəbər

Dünya 6 trilyon dollarlıq hücuma hazırlaşır

Dünya | 14:57 • 18 Mart 2019
Dünya 6 trilyon dollarlıq hücuma hazırlaşır

Beynəlxalq şirkətlər, maliyyə qurumları və hökumətlər kiberhücumlara qarşı mübarizəyə görə səfərbərlik elan ediblər

2021-ci ildə kiberhücumların dünya iqtisadiyyatına vurduğu ziyanın 6 trilyon dollara çatması gözlənilir.

Beynəlxalq şirkətlər, maliyyə qurumları və hökumətlər kiberhücumlara qarşı mübarizəyə görə səfərbərlik elan ediblər.

Dünyada təxminən 4 milyard internet istifadəçisi öz məlumatlarını demək olar ki, hər gün internet üzərindən paylaşır. Bunlar istifadəçinin müəyyən etdiyi şifrələrlə təhlükəsiz görünsə də, heç bir məlumat əslində sonsuzadək güvəndə deyil.

ABŞ-da "Cybersecurity Ventures"in araşdırmasına görə, təkcə 2015-ci ildə kiberhücumlar nəticəsində dünya iqtisadiyyatına 3 trilyon dollar ziyan dəyib. 2021-ci ildə isə bu rəqəmin 6 trilyon dollara çatması gözlənilir.

Beynəlxalq şirkətlər təhlükəsizlik tədbirlərini artırmaq üçün daha çox sərmayə qoymaq məcburiyyətində qalırlar.

Mərkəzi Dublində yerləşən "Accentura" konsaltinq şirkətinin hesabatına görə, 2018-ci ildə şirkətlərin kibertəhlükəsizlik xərcləri 2017-ci ilə nisbətən 23 faiz artıb.

"Cybersecurity Ventures"in araşdırmasına görə, 2017-2021-ci illərdə dünyada kibertəhlükəsizlik tədbirlərinin ümumi xərci 1 trilyon dollara çatacaq.

2021-ci ilədək kibertəhlükəsizlik xərclərinin hər il 12-15 faiz artması gözlənilir./sputnik

Xəbər lenti