Xəzər Xəbər

Türkiyədə Çanaqqala Zəfərinin 104-çü ildönümü qeyd edilir

Dünya | 14:12 • 18 Mart 2019
Türkiyədə Çanaqqala Zəfərinin 104-çü ildönümü qeyd edilir

Türkiyədə Çanaqqala Dəniz Zəfərinin 104-çü ildönümü münasibətilə Çanaqqala şəhərində tədbirlər keçirilir.


AZƏRTAC xəbər verir ki, Çanaqqalanın Cümhuriyyət meydanında keçirilən tədbirdə Türkiyə Prezidenti Administrasiyası adından müdafiə naziri Hulusi Akar, Türk Silahlı Qüvvələrini təmsil edən Çanaqqala Boğaz və Qarnizon komandiri Levent Kerim Uça, Çanaqqala valisi Orhan Tavlı və digər dövlət qurumları tərəfindən Atatürk Abidəsi önünə çələng qoyulub.


Tədbir əsnasında "TCG Burgazada” gəmisindən 21 ədəd top atılıb.

Xəbər lenti

Çox oxunanlar