Xəzər Xəbər

Avstriyadan çağırış: “Trampın havasına oynamayın”

Dünya | 13:03 • 18 Mart 2019
Avstriyadan çağırış:
Avropa ölkələri ABŞ-la fikir ayrılığının mövcud olduğu məsələlərlə bağlı Amerika prezidenti Donald Trampın çaldığı havaya oynamamalıdırlar.


Avstriya prezidenti Aleksandr Van der Bellen "Welt” qəzetinə müsahibəsində bu cür bəyanatla Avropa ölkələrinə çağırış edib.

"ABŞ prezidenti Tramp heç bir səbəb olmadan İranın nüvə proqramına dair sazişi pozdu. Vaşinqton illərdir ki, bu sazişə nail olunması üçün danışıqlarda iştirak edirdi və saziş üzrə tərəflərdən biri idi. Sonra da ciddi sanksiyalarla hədələyərək Avropa şirkətlərinə İranla biznes qurmağı qadağan etdi. Fikrimcə, bu artıq həddi aşmaqdır. Avropalılar Trampın çaldığı havaya oynamamalıdırlar. Avropa ölkələri ABŞ-la fikir ayrılığının olduğu məsələlərdə daha müstəqil siyasət yürütməlidirlər” - Avstriya prezidenti vurğulayıb.

Xəbər lenti