Xəzər Xəbər

Tailandda məktəbli avtobusu aşıb: Ölən və yaralılar var

Dünya | 12:37 • 18 Mart 2019
Tailandda məktəbli avtobusu aşıb: Ölən və yaralılar var
Tailandın paytaxtı Banqkokun 122 kilometrliyində yerləşən Praçinburi əyalətində yuxarı sinif şagirdlərini ekskursiyaya aparan "Honda” markalı avtobusun yolun hərəkət hissəsindən kənara çıxaraq aşması nəticəsində 1 məktəbli hadisə yerindəcə ölüb, 10 nəfər isə xəsarət alıb.


"Thaiger” portalı xəbər verir ki, bu gün səhər saat 04:40-da baş verən qəza zamanı avtobusda 20 şagird və 19 müəllim olub. İnsident nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Avtobus sürücüsünün taleyi barədə məlumat verilmir. Hazırda polis qəzanın baş vermə səbəblərini araşdırır.

Xəbər lenti