Xəzər Xəbər

Avropa ölkəsi müsəlmanlar üçün hərəkətə keçdi 30 il sonra...

Dünya | 11:50 • 17 Mart 2019
Avropa ölkəsi müsəlmanlar üçün hərəkətə keçdi

İsveç müsəlmanlara böyük dəstək nümayiş etdirib.

Demokratlar Partiyası Vasternorrland bölgəsində məscid və mədəniyyət mərkəzi inşa etmək üçün bələdiyyəyə təklif verib.

Partiyanın üzvü Mark Kollin bölgənin gələcəyi üçün müsəlmanlara ehtiyac olduğunu deyib. Bölgədə əhalinin sayının azaldığına diqqət çəkən Kollin 30 il sonra burada yaşayışın tamamilə yox olacağını, buna görə də həmin yerdə məskən salan müsəlmanlara ehtiyac duyduqlarını qeyd edib.

Qeyd edək ki, ötən həftə Yeni Zelandiyada yerləşən iki məsciddə müsəlmanalara qarşı törədilən qətliam bütün dünya ölkələrini ayağa qaldırıb. Sözügedən hadisə nəticəsində 51 nəfər ölüb, onlarla yaralı var./publika.az

Xəbər lenti