Xəzər Xəbər

Onun dünyada ala bilməyəcəyi heç nə yoxdur: peşəsini öyrənən ŞOKA DÜŞÜR - FOTO

Dünya | 11:35 • 17 Mart 2019
Onun dünyada ala bilməyəcəyi heç nə yoxdur:

İngiltərə Hərbi Akademiyasının Sərhəd Qoşunları fakültəsindən leytenant rütbəsi ilə məzun olan Bruney şahzadəsi Matin dünya gündəmini zəbt edib.

27 yaşlı şahzadə aldığı təhsildən çox lüks həyatı və sahib olduğu imkanlarla insanları heyran qoyur.

Sultan Həsən əl Bolkiyanın 10-cu övladı və 4-cü oğlu olan Matin lüks yaşantısını sosial media vasitəsilə izləyiciləri ilə bölüşür.

Matin 3 il əsgərlik çəkdikdən sonra narkotik ticarəti ilə məşğul olan şəxslərə qarşı təşkil edilən əməliyyatlarda da iştirak edir. O, son olaraq hərbi pilot rütbəsi alıb və Qanad paqonu ilə mükafatlandırılıb.

Ailəsinin toplamda 20 milyard dollar sərvətə malik olduğu deyilir.

Şahzadənin instaqram hesabında 1 milyondan çox izləyicisi var./publika.az

Xəbər lenti