Xəzər Xəbər

ABŞ Çin casusunu yaxaladı

Dünya | 10:22 • 17 Mart 2019
ABŞ Çin casusunu yaxaladı

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ron Rokuel Hansen Çinin xeyrinə casusluq etdiyini etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik Hansenin 2006-ci ildən adı çəkilən idarədə çalışdığını və "tam məxfi” qrifli sənədlərə birbaşa giriş imkanı olduğunu bildirib. Onun 2014-cü ildə Çin kəşfiyyatı tərəfindən təsir dairəsinə salındığı vurğulanıb. Üstəlik, Hansenin Çin kəşfiyyatının əməkdaşları ilə tez-tez Çində görüşdüyü və təqdim etdiyi informasiyalara görə, yüz minlərlə dollar əldə etdiyi qeyd edilib.

Hansen yalnız 2018-ci yaxalana bilib. O, dünya regionlarından birində yerləşən ABŞ ordusunun döyüş səviyyəsi barədə məlumatlar əldə etmək istərkən saxlanılıb.

Xəbər lenti