Xəzər Xəbər

Dəniz vasitəsilə gətirilən 710 kq tiryək aşkarlanıb

Dünya | 19:28 • 16 Mart 2019
Dəniz vasitəsilə gətirilən 710 kq tiryək aşkarlanıb

İranın cənubunda yerləşən Buşehr vilayətində 710 kiloqram tiryək aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Buşehr vilayəti hüquq-mühafizə idarəsinin rəisi Xəlil Vaezi deyib.

X.Vaezinin sözlərinə görə, narkotik vasitə dəniz vasitəsi ilə İrana gətirilib.

Polis rəisi əməliyyat nəticəsində bir nəfərin saxlanıldığını bildirib:

"Bundan əlavə ötən 10 gün ərzində vilayətdə 1 ton narkotik maddə aşkar edilib, 13 nəfər və 8 avtomobil saxlanılıb”.

Xəbər lenti