Xəzər Xəbər

Avstraliyada irqçi bəyanat verən senatorun başına yumuta çırpıblar

Dünya | 17:05 • 16 Mart 2019
Avstraliyada irqçi bəyanat verən senatorun başına yumuta çırpıblar

Avstraliya Senatının ifrat sağ təmayüllü üzvü Freyzer Anninq Yeni Zelandiyanın Kraystçörç şəhərində baş vermiş və 50 müsəlmanın ölümü ilə nəticələnmiş terror aktına irqçi mövqedən yanaşma nümayiş etdirib. Onun bəyanatını oxuyan gənc bir sakin Melburnda keçirilən mətbuat konfransı zamanı senatorun başına yumurta çırpıb.


Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, senatorun bəyanatında bildirilir ki, baş verən terror aktının əsas səbəbi silah satışının artması deyil, Yeni Zelandiya və Avstraliya hökumətlərinin yanlış immiqrasiya siyasəti nəticəsində "radikal və fanatik müsəlmanların bu ölkələrə axın etməsidir”. Senator əlavə edib ki, "müsəlmanlar öz etiqadları naminə bütün dünyada inşaları öldürülər.


Avstraliyanın Baş naziri Skott Morrison senatorun irqçi bəyanatına kəskin etiraz edərək, onu "eybəcər” və "qızışdırıcı” adlandırıb. O əlavə edib ki, Avstraliyada və ölkənin parlamentində bu cür sərsəm fikirlərin səsləndirilməsi yolverilməzdir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti